send link to app

Nar Plus


4.8 ( 1648 ratings )
效率 生活
开发 Azerfon LLC
自由

Nar+ ilə hesabın idarəsi daha asan oldu. Tətbiq vasitəsi ilə nömrəndə müxtəlif tarifləri və paketləri müqaisə edə və sənə ən uyğununu seçib aktiv edə bilərsən. Paketlərin və xidmətlərin istifadə müddətini, yenilənmə tarixini, statusunu daha rahat yoxlaya bilərsən. Artıq balansı artırmaq, kredit götürmək və balans köçürməsi etmək üçün şifrə yığmağa ehtiyac yoxdur. Nar+ ilə bunu 1 kliklə edə bilərsən. Nömrədən edilən zənglər, internet istifadəsi və bundan əlavə ümumi sərfiyyatı öyrənmək üçün Nar mərkəzinə yaxınlaşmadan tətbiq vasitəsi ilə məlumat ala bilərsən. Müxtəlif SİM kart əməliyyatları üçün sənə ən yaxın Nar satış və xidmət mərkəzinin ünvanını öyrənmək üçün sadəcə tətbiqə daxil olmaq kifayətdir. Əgər sualın yaranarsa, onlayn çat xidmətindən yararlana bilərsən.